Azərbaycanda vəkillərin sayı açıqlandı


  • 18 İyul 10:12

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2770 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Sədr bildirib ki, vəkilliyə qəbul imtahanlarında uğur qazanan daha 77 nəfər bu gün Kollegiyanın üzvlüyünə qəbul olunub.

"Namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri isə qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 595 nəfərə çataraq ümumi üzvlərin 17 faizini təşkil edəcək", - deyə sədr qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər