Anar Bağırov təltif edildi


  • 18 İyul 14:26

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovu təltif edib.

E-huquq.az xəbər verir ki, bu barədə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən ARVK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində Rəyasət Heyətinin üzvü İlhamə Həsənova məlumat verib.

O bildirib ki, A.Bağırov Akademiya ilə səmərəli əməkdaşlığa verdiyi töhfəyə və tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına göstərdiyi dəstəyə görə "Təşəkkürnamə" ilə təltif olunub.

İ.Həsənova qeyd edib ki, ARVK sədri A.Bağırovun təşəbbüsü ilə ölkədə, xüsusilə də gənc hüquqşünasların yetişdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Onun sözlərinə görə, ARVK bir sıra ali təhsil müəssisələri – Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən yüksək qiymətləndirilir.

"Bir statistik məlumatı da bölüşmək istərdim. Belə ki, keçən il Akademiyanın məzunlarından 15 nəfər Vəkillər Kollegiyasında vəkil köməkçisi kimi işlə təmin olunub. Bu, kifayət qədər ciddi göstəricidir. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun da vurğuladığı kimi, bu təltif yalnız Vəkillər Kollegiyasının Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlığının qiymətləndirilməsi deyil, həm də gənc hüquqşünasların, ümumilikdə gənc kadrların yetişdirilməsinə olan diqqət və qayğının bir göstəricisidir", - deyə İ.Həsənova əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər