Anar Bağırov: "Əhalinin hüquqi yardım almaq imkanları genişlənib"


  • 18 İyul 15:28

"Bugünkü təntənəli andiçmə mərasimindən sonra ölkəmizdə vəkillərin sayı ilk dəfə olaraq 2 770 nəfərə çatdı. Mən hesab edirəm ki, bu böyük bir uğurdur. Ümumilikdə vəkillik peşəsinə maraq getdikcə artır. Ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar vəkil olmaq arzusundadırlar ki, bu da bizi çox sevindirir".

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, vəkillərin sayının artması insanların hüquqi yardım almaq imkanlarının genişlənməsi deməkdir. Hüquqi yardıma çatımlılıq yüksəlir və nəticə etibarilə ədalət mühakiməsində bu, böyük əhəmiyyətə malik tədbirlərdən biridir.

Vəkillər Kollegiyası çalışır ki, imtahan prosesi də getdikcə daha müasir və beynəlxalq standartlara uyğun olsun. İmtahanlar şəffaf və obyektiv şəraitdə keçirilir, bütün proses video müşahidə ilə qeyd olunur. Nəticədə hər hansı narazılıq və ya şikayət demək olar ki, mövcud deyil. Bu da göstərir ki, imtahan tamamilə şəffaf və obyektiv şəkildə həyata keçirilir", - deyə sədr əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər