- 18 İyul 16:10
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında iki vəkilin də yer alması qürurvericidir.
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, 16 553 iştirakçı arasından seçilən 20 qalibdən ikisi – Fatimə Eyyub və Məmməd Balacanov Kollegiyanın üzvləridir.
Sədr xatırladıb ki, “Yüksəliş” müsabiqəsinin tarixində ilk qalib vəkil Bayram Orucov olub. Növbəti müsabiqələrdə vəkillərin uğurlarını səbrsizliklə gözlədiyini bildirib.
“Bu nəticə ölkə vəkilliyinin yüksək potensialının və bilik səviyyəsinin parlaq göstəricisidir. Vəkillər ölkənin kadr bankını formalaşdıran ən prestijli müsabiqənin qalibləri sırasında 10% təşkil edir, vəkillik bütün sahələr üzrə kadr bankına çevrilib. Görünən dağa nə bələdçi?! Vəkillərimizlə fəxr edirəm!” - A.Bağırov qeyd edib.
Şəbnəm Mehdizadə