- 17:57
Vəkillər Kollegiyası intizam pozuntularına görə bir neçə vəkilə tədbir görüb.
E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra vəkillərlə bağlı intizam tənbehi tədbirləri barədə qərarlar qəbul edilib.
Belə ki, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub.
Bundan əlavə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.