- 27 Avqust 11:36
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, avqustun 27-də Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində və “Alyans” Vəkil Bürosunun vəkilləri isə 16 saylı cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə pulsuz hüquqi yardım göstərib.
Qəbula yazılmış ümumilikdə 70-ə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.