- 15:13
Adəm Məmmədov azadlığa buraxılıb.
E-huquq.az xəbər verir ki, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, A.Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Onun barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdi. Keçmiş vəkil Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib. İttihama görə, A.Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.
Xatırladaq ki, bir müddət əvvəl A.Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.