- 12:42
Sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb.
Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, VK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.