- 8 Sentyabr 11:47
Sentyabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi əsasları, təcrübə və tətbiq qaydaları” mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasndan məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı, hüquqi əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə hallarının hüquqi qiymətləndirilməsi, iflas zamanı müştəri - borclu münasibətləri, məhkəmələrdə müflisləşmə və iflas məsələlərinin həlli, o cümlədən mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada olan müxtəlif məsələlər müzakirə olunub.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 91 vəkil iştirak edib.