Dövlət hesabına hüquqi yardımın haqqı vəkil və ya vəkil qurumunun bank hesabına köçürüləcək


  • 10:07

Vəkillər Kollegiyası dövlət hesabına göstərilən hüquqi yardımın haqqını vəkilin və ya vəkil qurumunun bank hesabına köçürəcək.

E-huquq.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sənədə əsasən, kollegiya həmin vəsaitin vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edəcək.

Oxşar xəbərlər