- 18 Sentyabr 12:24
Sentyabrın 20-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Mülki münasibətlərdə iddia müddətləri” mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Teymur Babayev mülki münasibətlərdə iddia müddətinin başlanması, iddia müddətinin bərpası, qanuni maraqların qorunması, mülki hüquqda zaman məhdudiyyətləri, o cümlədən qanunvericilikdə iddia müddətlərinin növləri barədə geniş çıxış edib.
Təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə 104 vəkil iştirak edib.