- 26 Sentyabr 15:34
Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq pulsuz hüquqi yardımların göstərilməsi davam etdirilir.
E-huquq.az xəbər verir ki, sentyabrın 26-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.
Belə ki, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında olan 25 şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.