Vəkillərə "İnzibati qanunvericilikdə mövcud dəyişikliklər" mövzusunda təlim keçirilib - FOTO


  • 29 Sentyabr 10:10

Sentyabrın 28-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati qanunvericilikdə mövcud dəyişikliklər" mövzusunda distant qaydada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və mövzunun praktiki əhəmiyyətindən danışıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev yerli qanunvericilikdəki dəyişikliklər, xüsusilə məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaqdan ibarət “İnzibati icraat haqqında” mövcud əlavə və dəyişikliklər, müvafiq sahədə islahatlar, hüquqi tənzimləmələr sistemində mühüm yeniliklər barədə ətraflı məlumat verib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və mövzu üzrə müxtəlif kazuslar müzakirə edilib.

Sonda vəkillərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 94 üzvü iştirak edib.

Oxşar xəbərlər