- 14:21
“Vəkillik peşəsi sərbəst olduğuna görə onlara qibtə edirəm”.
E-huquq.az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində Ali Məhkəmənin tanınmış sabiq hakimi Əsəd Mirzəliyev deyib.
“Mən hakim və vəkillik peşəsinə fərq qoymazdım. İstər hakim olsun, istərsə də vəkil, onların hər ikisi şərəfli peşədir. Bizim o qədər hörmətəlayiq vəkillərimiz var. Onların əhali arasında nüfuzları çoxdur. Vəkil kimi ona böyük inam varsa, böyük hörmət sahibidir”.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü Əsəd Mirzəliyev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi bitib. O, 1978-1982-cü illərdə Ağdam rayonu Dövlət Notariat Kontorunda Baş dövlət notariusu vəzifəsində çalışıb. Sonra Əsəd Mirzəliyev Xaçmaz Rayon Məhkəməsinin hakimi (1982-1985), Ağsu Rayon Məhkəməsinin hakimi (1985-1987), Salyan Rayon Məhkəməsinin sədri (1987-2000) və Ali Məhkəmənin hakimi (2000-2020) olub. 2023-cü ildən isə Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının üzvüdür.
Ətraflı videoda: