Vəkillərə “Deontologiya ayı” çərçivəsində ilk təlimlər keçirilib - FOTO


  • 6 Oktyabr 09:43

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında birgə əməkdaşlıq çərçivəsində “Deontologiya ayı” təlimlərinə start verilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Oktyabrın 1-də “İfadə azadlığı və vəkilin etik davranış qaydaları arasında sərhədlərin müəyyən edilməsi” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov təlimçi qismində çıxış edib.

Təlimçi tərəfindən vəkilin etik davranış qaydaları, etik pozuntuların yaratdığı nəticələr, vəkil-məhkəmə münasibətləri, sərbəst ifadə və peşə borcu arasında balans və digər əlaqəli məsələlər təhlil olunub.

Oktyabrın 3-də keçirilmiş digər distant formalı təlimdə isə “Vəkilin sosial şəbəkə hesabında öz peşəsinin nüfuzunu qoruması” mövzusunda Vəkillər Kollegiyası Deontologiya Komitəsinin və İntizam Komissiyasının üzvü Elvin Əliyev vəkilin sosial şəbəkələrdə peşə davranışı, rəqəmsal etik normalar, məxfi məlumatların paylaşılması riski barədə ətraflı çıxış edib.

Qeyd edək ki, təlimlərdə Vəkillər Kollegiyasının 85 üzvü iştirak edib.

Oxşar xəbərlər