Vəkillərə "Həbslər, dindirilmə prosedurları və məhkəmə araşdırması" mövzusunda təlim keçirilib - FOTO


  • 6 Oktyabr 11:06

Oktyabrın 4-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Həbslər, dindirilmə prosedurları və məhkəmə araşdırması" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, təlim mövzusu cinayət-prosessual hüququn əsas anlayışlarından biri olmaqla yanaşı, hüquq sistemində insan hüquq və azadlıqlarının qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillərin İxtisas Komissiyasının üzvü, ADA Universitetinin müəllimi Fərid Həsənov həbs və azadlıqdan məhrumetmənin əsasları, əsaslandırılmış həbs qərarı, dindirilmə qaydaları, məhkəmə qərarlarının əsaslandırılması və digər praktiki məsələlər barədə geniş çıxış edib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 53 üzvü iştirak edib.

Oxşar xəbərlər