- 6 Oktyabr 11:06
Oktyabrın 4-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Kassasiya şikayətlərinin elektron qaydada tərtib edilməsi zamanı vəkillər tərəfindən yol verilən prosessual pozuntuların aradan qaldırılması məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin izahı" mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Kamilə Quliyeva kassasiya mərhələsində yol verilən səhvlər, elektron sənədlərin tələblərə uyğunluğu, kassasiya instansiyası qaydaları, məhkəmə təcrübəsində tətbiq olunan normativ sənədlər və digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Sonda təlimçi tərəfindən vəkilləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 76 vəkil iştirak edib.