Vəkillər Kollegiyasının qadınlardan ibarət futbol komandası beynəlxalq turnirdə iştirak edib - FOTO


  • 9 Oktyabr 12:17

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) vəkil və hüquqşünas qadınlardan ibarət həvəskar futbol komandası “Legal Eagles” Xorvatiyanın Pula şəhərində beynəlxalq futbol oyunları təşkilatçısı “Mundiavocat” tərəfindən keçirilən “Nations Cup 2025” turnirini VII pillədə başa vurub.

E-huquq.az xəbər verir ki, 23-28 sentyabr 2025-ci il tarixlərində təşkil ediən mötəbər yarışda “Legal Eagles” komandası Portuqaliya, Braziliya, Fransa, Çin, Qazaxıstan, İtaliya, Belçika, İndoneziya və Meksikadan olan vəkil və hüquqşünas qadınlardan ibarət komandalarla mübarizə aparıb.

Təmsilçimiz turnirin ilk oyununda Çin komandası ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Legal Eagles” rəqibini 4:3 hesabı ilə məğlub edib. Komandamız növbəti iki oyunda - Belçika və İndoneziyadan olan həmkarlarına qarşı çıxışlarda isə uduzub.

Nəticədə “Legal Eagles” komandası turniri 7-ci yerdə yekunlaşdırıb.

Qeyd edək ki, çempionatın qalibi Braziliya komandası olub.

Xatırladaq ki, “Legal Eagles” futbol komandası ötən il keçirilən “Mundiavocat 2024” turnirində gümüş medal qazanmışdı.

Oxşar xəbərlər