Vəkillərə “Deontologiya ayı” çərçivəsində növbəti təlimlər keçirilib - FOTO


  • 10 Oktyabr 10:02

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilib.

E-huquq.az xəbər verir ki, oktyabrın 6-da “Vəkillər arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov təlimçi qismində çıxış edib.

Təlimdə vəkillərarası əməkdaşlıq, vəkillər arasında münasibətlər, etimada əsaslanan tərəfdaşlıq kimi müxtəlif məsələlər geniş təhlil olunub.

Oktyabrın 8-də keçirilmiş digər distant formalı təlimdə isə “Vəkilin peşə fəaliyyətindən kənar davranışı zamanı nəzərə alınmalı hallar” mövzusunda Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov vəkilin peşədənkənar davranışı, peşə etikasına uyğunluq, vəkil davranış kodeksi və digər əlaqəli məsələlər barədə çıxış ediblər.

Qeyd edək ki, təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 78 üzvü iştirak edib.

Oxşar xəbərlər