- 11:21
Oktyabrın 11-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məsələlər qeyd olunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Femida" Vəkil Bürosunun müdiri Pənah Məmmədov insan alveri ilə mübarizə strategiyaları, zərərçəkmiş şəxslərin müdafiə mexanizmləri, əmək istismarı, insan alverinin sosial-iqtisadi səbəbləri və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada davam edib və təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 23 üzvü iştirak edib.