- 10:11
Oktyabrın 11-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İş yerində diskriminasiya və fərdi əmək mübahisələrinin həlli" mövzusunda distant formada təlim keçirilib.
E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Arbitrium" Vəkil Bürosunun vəkili İradə Hacıyeva əmək hüquqlarının müdafiəsi, işəgötürən-işçi münasibətləri, əmək mübahisələrinin mediasiya yolu ilə həlli, əmək mübahisələrində sübutetmə yükü, işçinin hüquqi müdafiə vasitələri və digər aktual məsələlər barədə çıxış edib.
Sonda vəkilləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 53 vəkil iştirak edib.