Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verildi


  • 16:01

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əsgər Kərimov Bank VTB-də yeni vəzifəyə təyin olunub.

E-huquq.az xəbər verir ki, o, Bankın Hüquq Departamentinin direktoru - Baş hüquq inzibatçısı vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ə.Kərimovun hüquq sahəsində 18 illik təcrübəsi var. O, 2007-ci ildə “AGBank” ASC-də hüquqşünas kimi fəaliyyətə başlayıb. Daha sonra həmin bankda Problemli aktivlərin idarə olunması departamentində Hüquqi dəstək şöbəsinin müdiri, eləcə də Məhkəmə və icra işləri departamentinin direktoru kimi çalışıb.

2016-2019-cu illərdə “Solis and Partners” hüquq şirkətinə rəhbərlik edib. 2019-cu ildən isə Bank VTB-də Hüquq idarəsinin rəisi vəzifəsini yerinə yetirib.

Bakı şəhəri 15 saylı Vəkil Bürosunun üzvü olan Ə.Kərimov 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Oxşar xəbərlər