“Deontologiya ayı” çərçivəsində təlimlər başa çatıb - FOTO


  • 09:45

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq, habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində növbəti təlimlər keçirilib.

E-huquq.az xəbər verir ki, oktyabrın 27-də “Vəkilin ona müraciət etmiş şəxsə qarşı etik münasibəti” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyası İntizam Komissiyasının və Deontologiya Komitəsinin üzvü Elvin Əliyev və “Presedent” Vəkil Bürosunun müdiri Zülfiyyə Həşimova tərəfindən müştəri–vəkil münasibətləri, hüquqi yardımın obyektivliyi, müştərinin hüquqlarına hörmət, peşə standartları kimi müxtəlif məsələlər geniş təhlil olunub.

Oktyabrın 29-da aylıq çərçivəsində keçirilmiş sonuncu distant formalı təlimdə Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun müdiri Ceyhun Bayramov tərəfindən “Vəkilin öz fəaliyyətinin təbliği zamanı istifadə edəcəyi imkanlar” mövzusunda vəkillərin etik təbliğ üsulları, peşə reputasiyası, etik məhdudiyyətlər, reklam etikası və digər əlaqəli aktual məsələlər müzakirə olunub.

Qeyd edək ki, təlimlərdə Vəkillər Kollegiyasının ümumilikdə 105 üzvü iştirak edib.

Oxşar xəbərlər