Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Portuqaliyada səfərdə oldu - FOTO


  • 30 Oktyabr 21:48

“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurasının, ədliyyə və xarici işlər nazirliklərinin, Vəkillər Kollegiyasının və Mediasiya Şurasının nümayəndələrindən ibarət heyət Portuqaliyada səfərdə olublar.

Kollegiyadan e-huquq.az-a verilən xəbərə görə, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova iştirak edib.

Səfər zamanı Portuqaliyanın Ədliyyə Nazirliyində görüşlər keçirilib, habelə İstehlakçı Mübahisələri üzrə Lissabon Arbitraj Mərkəzinin və Lissabon Sülh Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olunub.

Görüşlərdə nümayəndə heyətinə sülh məhkəmələri və arbitraj mərkəzlərinin fəaliyyəti, mübahisələrin alternativ həlli sahəsində aparılan islahatlar barədə məlumatlar verilib.

Həmçinin sülh hakimlərinin və mediatorların seçilməsi proseduru, sülh hakimlərinin fəaliyyət qaydası, bu sahələrdə tətbiq edilən innovasiyalar barədə təqdimatlar nümayiş etdirilib və heyət üzvlərinin sualları cavablandırılıb.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən mübahisələrin alternativ həlli ilə bağlı görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər