İkram Kərimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşdü - FOTO


  • 14:33

2025-ci il noyabrın 3-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimovun tələbələrlə görüşü keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov görüşün əhəmiyyətini vurğulayıb, İkram Kərimovun uzunmüddətli hüquqi fəaliyyətindən və gənc hüquqşünaslara nümunə olan peşəkar yolundan bəhs edib.

Çıxış edən İkram Kərimov kriminalist və müstəntiq kimi fəaliyyət göstərdiyi illərdə istintaq apardığı ağır cinayətlər, eləcə də hüquqi təcrübəsi dövründə əldə etdiyi bilik və bacarıqlardan danışıb. O, peşə fəaliyyəti zamanı qarşılaşdığı maraqlı hadisələr, SSRİ dövründə geniş rezonans doğuran və hazırda Avropanın bir sıra ali məktəblərində nümunə kimi tədris olunan istintaq işlərindən bəhs edib.

Ağsaqqallar Şurasının rəhbəri gənclərə peşəkarlıq, dürüstlük və ədalət prinsiplərinə sadiq qalmağın hüquqşünaslıq fəaliyyətində əsas şərt olduğunu bildirib, onlara təcrübədən irəli gələn dəyərli tövsiyələr verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclərin gələcək hüquq fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər