Vəkillər Kollegiyasının 2 üzvü mükafatlandırılacaq


  • 17:07

“Qalib Azərbaycan” IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin nəticələri məlum olub.

E-huquq.az-ın məlumatına görə, Vəkil Klubu tərəfindən Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş müsabiqəyə təqdim olunan əsərlər arasında üç nəfər qalib seçilib.

Birinci yerə Abşeron rayon Vəkil Bürosunun vəkili Abil Bayramov, ikinci yerə fərdi vəkil Elşən Məcidli, üçüncü yerə isə Abşeron rayon Vəkil Bürosunun vəkili Nəsib Əliyevin oğlu Sevindik Əliyev layiq görülüb.

Rəyasət Heyəti tərəfindən qaliblərin mükafatlandırılması qərara alınıb.

Oxşar xəbərlər