- 09:07
Xəbər verdiyimiz kimi, 8-9 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş “Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə” mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.
E-huquq.az xəbər verir ki, konfransın sonunda iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova “Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi” yubiley medalı təqdim edilib.
Öz növbəsində, Anar Bağırov da David Asatianiyə Kollegiyanın “Fəxri vəkili” diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
