Konstitusiya Günü münasibətilə vətəndaşlara “Açıq qapı” günü təşkil edilib - FOTO


  • 11:55

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası - "Açıq qapı" günü keçirilib.

E-huquq.az xəbər verir ki, aksiya çərçivəsində “Pro Bono”, Bakı şəhəri 5 saylı, 7 saylı, 10 saylı, 38 saylı, həmçinin Gəncə və Şəki Regional Vəkil bürolarının vəkilləri vətəndaşlara pulsuz hüquqi yardımlar göstərib, hüquqi məsləhətlər veriblər.

Müraciətlər əsasən cinayət, inzibati və mülki işlər, mülkiyyət hüquqlarının müdafiəsi, pensiya təminatı, kredit və mənzil mübahisələri, habelə sosial xarakterli digər məsələlərlə bağlı olub.

Vəkillər hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstərərək hüquqi məsləhətlər verib, ərizə və digər sənədlərin hazırlanmasında köməklik göstəriblər.

Aksiya çərçivəsində ümumilikdə 60 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Oxşar xəbərlər