- 10:42
"Əvvəllər Azərbaycanda 11 min nəfərə 1 vəkil düşürdüsə, indi 3 min nəfərə 1 vəkil düşür".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib
O bildirib ki, yaxın zamanda ölkədə vəkillərin sayı 3 mini keçəcək.
"Bu göstərici vətəndaşların hüquqi xidmətlərə çıxışını tam təmin etmir. Avropa ölkələri ilə müqayisədə vəkillərin sayı hələ də çox azdır. Məqsədimiz hər bir vətəndaşın hüquqi yardım ala bilməsini təmin etməkdir", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə