Əksər hallarda dövlət qurumlarından daxil olan müraciətlərlə bağlı vəkillər barədə intizam icraatı başlanılmayıb


  • 13 Yanvar 2021 19:45

Əvvəlki illərdən fərqli olaraq Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərin müxtəlif dövlət orqanlarında qarşılaşdıqları problemlərə operativ reaksiya verərək onların qarşılaşdıqları çətinliklərin həllinə öz dəstəyini verməkdədir. İntizam icraatı sahəsində humanist yanaşma mövcuddur.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası tərəfindən hazırlanan son 3 ilin hesabatında qeyd olunub.

Bildirilib ki, vəkillərin sayı artsa da intizam işlərinin sayı azalmışdır. Hətta, bir çox hallarda isə, Rəyasət Heyəti tərəfindən dövlət qurumlarından daxil olan müraciətlər Vəkillərin İntizam Komissiyasına göndərilməmiş və vəkillər barədə intizam icraatı başlanılmamışdır.

Nəticə etibarilə, hüquq-mühafizə orqanlarından daxil olan müraciətlərin 40%-i barədə Rəyasət Heyəti tərəfindən ümumiyyətlə intizam icraatı başlanılmamışdır. Digər işlər üzrə intizam icraatı başlasa da, onların 81%-i barədə heç bir intizam tənbehi tədbiq edilməmişdir.

Həmçinin, hazırda Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı vəkillərin rəy və təklifləri nəzərə alınır, ixtisaslaşmalarından asılı olaraq vəkillər Kollegiyasının tədris fəlaiyyətinə, innovativ layihələrə, habelə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlərə cəlb olunmaqdadırlar.

Bu gün vəkillər hətta müxalif siyasi partiyaların işində fəaldirlar və əminliklə deyilməlidir ki, onların siyası fəaliyyət və baxışlarına görə Kollegiya tərəfindən hər hansı təzyiq halları mövcud deyildir. Eyni zamanda, onların böyük əksəriyyətindən şikayətlər daxil olmamışdır.

Beynəlxalq təşkilatlar tərəfindən qaldırılan məsələlərdən biri də guya Kollegiya üzvlüyündən xaric edilmiş vəkillərin AİHM-də insanları təmsil etməkdə problemlərlə qarşılaşmalarıdır. Bununla bağlı nə qeyd edirik ki, AİHM-dəki işlərlər bağlı, onların hüquqlarını da məhdudlaşdırmırıq, buna səlahiyyətimiz də çatmır, onlar vəkil olmasalar da AİHM-ə nümayəndə kimi çıxa bilərlər.

Bəzi beynəlxalq təşkilatların hesabatlarında Osman Kazımov və ya Cavad Cavadov kimi vəkillərin Kollegiya tərəfindən təqib olunduğu yanlış olaraq göstərilir. Əminliklə bildiririk ki, həmin vəkillər ilə bağlı Kollegiyanın hər hansı problemləri mövcud deyil – barələrindən hər hansı intizam icraatı başlanılmayıb və ya aparılmır.

Bundan başqa, Qanunumuza uyğun olaraq, vəkillər həm fərdi, həm də büroda fəaliyyət göstərə bilərlər. Vəkillərin fərdi qaydada fəaliyyət göstərməsi məhdudlaşdırılmır. Lakin, onlar Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qaydalara, tələbələrə əməl etməli və ofislərin şəraiti buna imkan verməli, konfidensiallıq qorunmalıdır.

Oxşar xəbərlər