Avropa İttifaqı İradə Cavadova və Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin bərpasını alqışladı


  • 8 May 2021 18:01

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayıb.

E-huquq.az xəbər verir ki, K.Yankauskas bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşündə deyib.

K.Yankauskas vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını bildirib.

Oxşar xəbərlər