Məzmuna keç

Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı işçi qrupunun iclasları başa çatdı

Mülki Prosessual Məcəlləyə əlavə və dəyişiklik təklif edir

Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən yaradılmış Mülki hüquq istiqaməti üzrə Vəkillər Kollegiyasının (VK) ixtisaslaşmış üzvlərindən ibarət işçi qrupun iclasları başa çatıb.

Bu barədə e-huquq.az-a işçi qrupunun rəhbəri, vəkil Muxtar Mustafayev məlumat verib. O deyib ki, indiyədək keçirilən iclaslarda Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı təkliflər səsləndirilib.

Təkliflər paketi baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndəriləcək.