“Vəkil günü” münasibətilə keçiriləcək tədbirlər açıqlandı
"28 dekabr-Vəkil günü" peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Respublika üzrə çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə e-huquq.az-a Kollegiyadan məlumat verilib.
Bildirilib ki, həmin gün ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil ediləcək və həssas qrupların yerləşdiyi ünvanlarda bu cür aksiyalar təşkil ediləcək.
Həmçinin, bir sıra ümumi orta və ali təhsil müəssisələrində vəkillər tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində “Vəkil saatı” təşkil ediləcək.
Qeyd edilən tədbirlərdə iştirak etmək arzusunda olan və həmin tədbirlərlə əlaqədar təklifləri olan vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər aşağıdakı keçid vasitəsilə müraciət edə bilərlər: https://forms.gle/CeakNMQTS1shY45A7
Ödənişsiz hüquqi yardım aksiyaları ilə bağlı əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81)
Maarifləndirmə tədbirləri ilə bağlı əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

