“Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyannamə qəbul edildi


  • 2 İyun 2023 17:17

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, konfransda gender bərabərliyi sahəsində mövcud problemlərə dair müzakirələr aparılıb.

Konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyannamə qəbul edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər