Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinə yenidən baxılacaq


  • 26 İyul 2023 16:16

Azərbaycanda dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurəti araşdırılacaq.

E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Oxşar xəbərlər