- 25 Sentyabr 16:27
Naxçıvan Muxtar Respublikasında növbəti ödənişsiz hüquqi yardım aksiyası keçiriləck.
E-huquq.az-ın məlumatına görə, bu barədə Naxçıvan MR Vəkillər Kollegiyasından bildirilib.
Qeyd olunub ki, 2023-2024-cü il Naxçıvan MR Vəkillər Kollegiyasının tədbirlər planına uyğun olaraq "Regionlarda hüquqi yardıma ehtiyacı olub vəkillərə müraciət edə bilməyən vətəndaşlara yaşadıqları yer üzrə hüquqi yardım göstərilməsi ilə bağlı" 23 sentyabr 2023-cü il tarixdə, saat 09:00-dan 13:00-dək Babək rayon İcra Hakimiyyətində Naxçıvan MR Vəkillər Kollegiyasının vəkilləri tərəfindən huquqi yardım aksiyası keçiriləcək.