- 10 Oktyabr 11:55
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbinin iştirakçıları ilə görüş olub.
E-huquq.az xəbər verir ki, görüşdə çıxış edən Kollegiyanın sədri Vüsal Həsənov yay məktəbinin keçirilməsinin əsas məqsədindən, hüquqşünas tələbələrin peşəkar biliklərinin artırılmasından danışaraq, onların asudə vaxtlarının səmərəli təşkil edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib.
Cari ilin 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində 55 hüquqşünas tələbə iştirak edib.
Gənclərin xüsusi marağına səbəb olan və ikinci dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət etmiş, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc seçilərək düşərgədə iştirak haqqı qazanmışdır.
Yay məktəbində Naxçıvan Dövlət Universitetinin 5 tələbəsi üçün yer ayrılmışdı. Lakin üzürlü səbəblərə görə onlardan biri iştirak edə bilməmişdi.