- 5 Dekabr 15:21
27 sentyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə bir günlük təlimin keçirilməsi nəzərdə tutulub.
E-huquq.az xəbər verir ki, təlim BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər tərəfindən baş tutacaq.
Sonda iştirakçılara BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı adından rəsmi sertifikatlar təqdim ediləcək.
Məkan: “Mogan” hotel, Bakı şəhəri, İsmayıl Bəy Qutqaşınlı 119, Qubadlı konfrans zalı. Saat: 09:45-17:00
Təlimdə iştirak etmək arzusunda olan vəkillər 22.09.2023-cü il tarixinədək aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/yvVFvrcFakauyey66
Qeyd edək ki, vəkillərin iştirakı üçün ayrılmış yerlərin sayı məhduddur. Belə ki, təlimdə 10 nəfər vəkilin iştirakı nəzərdə tutulur.
Əlaqələndirici şəxs - Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)