Vəkillərin nəzərinə!


  • 23 Noyabr 2023 14:44

"Azərbaycan vəkili" jurnalı məqalə qəbulunu elan edib.

E-huquq.az xəbər verir ki, 20 dekabr tarixinədək aşağıdakı tələblərə uyğun məqalələrinizi təqdim edə bilərsiniz:

1. Dillər:

1. Azərbaycan, rus, ingilis dillərində

Məqalələrin tərtibinə qoyulan tələblər:

1. şrift: Arial - 12 pt;

2. məqalənin həcmi: 6-15 səhifə, format - A4;

3. müəllifin (müəlliflərin) adı, soyadı, ata adı, telefon, e-mail ünvanı və təmsil etdiyi müəssisənin adı - 12 pt, qalın şriftlə, tünd rənglə (səhifənin yuxarısında sağda);

4. məqalənin adı - 14 pt, qalın şrift, tünd rəng, səhifənin ortasından;

5. açar sözlər: ən azı 8 söz, Azərbaycan, rus və ingilis dillərində;

6. xülasə: Azərbaycan, rus və ingilis dillərində;

7. istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (məsələn: [1] və ya [1, s. 119]);

8. yuxarıdan-2 sm, aşağıdan-2 sm, soldan-2 sm, sağdan-2 sm;

9. sətirlərarası məsafə (interval) 1,0 sm (tək sətir aralığı);

10. məqalələr elektron variantda təqdim olunmalıdır;

11. məqalənin annotasiyasının ingilis və rus dillərinə tərcüməsi və redaktəsinə redaksiya tərəfindən köməklik göstəriləcəkdir;

12. məqalələr redaksiya tərəfindən müvafiq rəylə qiymətləndiriləcək, çapa uyğun olan məqalələr dərc ediləcəkdir;

13. məqalələrin dərc edilməsi ödənişsizdir.

Tel: +994 50 266 77 99; +994 50 356 67 47

E-mail: academy@barassociation.az

Oxşar xəbərlər