NDU-nun tələbələri Heydər Əliyev və Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramlarına layiq görülüb - FOTO


  • 4 Dekabr 2023 19:25

Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən təsis edilən təhsildə fərqlənən tələblər üçün "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın ayrılması məqsədilə müsahibə mərhələsi keçirilib.

E-huquq.az xəbər verir ki, müsahibə mərhələsində NDU-nun test mərhələsindən keçmiş 7 tələbəsi iştirak edib.

Sonda NDU-nun Beynəlxalq və hüquq fakültəsinin II kurs tələbəsi Sevgi Rzayeva "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” və universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na layiq görülüb.

Xatırladaq ki, müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov və NDU-nun müəllimləri - Əziz Qasımovla Yunis Xəlilov iştirak edib.

Qeyd edək ki, oktyabr ayının 20-də ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, NDU-nun təhsildə fərqlənən tələbləri üçün fərdi təqaüdün ayrılması məqsədilə, VK tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis olunub.

Oxşar xəbərlər