Azərbaycanın vəkilləri İtaliyada keçirilən “Coppa dell'Ordine Sicily” futbol kubokunun qalibi oldu - FOTO


  • 11 Dekabr 2023 12:45

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri 7-10 dekabr tarixlərində İtaliyanın Kataniya şəhərində təşkil edilən futbol üzrə "Siciliya Kuboku 2023" adlı beynəlxalq turnirdə iştirak ediblər.

E-huquq.az xəbər verir ki, A.S.D Lex Kataniya Vəkillər Kollegiyasının prezidenti Domeniko Di Mauronun dəvəti ilə turnirə qatılan vəkillərimiz A qrupunda İndoneziya (7:2) və İranın “Mazandaran” komandasına (5:1) qalib gəlib, rumıniyalı həmkarlarına uduzub (5:1), xorvatlarla (2021 və 2022-ci ilin çempionları) heç-heçə (3:3) edərək 1/8 final mərhələsinə adlayıb. Bu mərhələdə komandamız Braziliya vəkillərinə məğlub (2:3) olublar. Lakin vəkillərimiz 1/4 mərhələsinə keçə bilməyən ən yaxşı 4 komandadan biri olaraq, turnirin digər kuboku - “Coppa dell'Ordine Sicily” uğrunda yarımfinal oyununa çıxıb.

Belə ki, yarımfinalda İtaliyanın “Criminal Lawyers” (5:0) və finalda isə “Altra Lex Italiya” (2:1) komandalarına qalib gələn vəkillərimiz “Coppa dell'Ordine Sicily” çempionu olub.

Qeyd edək ki, turnirin ən yaxşı hakimi azərbaycanlı referi Rahin Heybətov seçilib.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilən futbol üzrə dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.

Oxşar xəbərlər