Vəkillər üçün təlim keçiriləcək


  • 19 Yanvar 11:38

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan nümayəndəliyi (Unicef Azerbaijan) və Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 30 yanvar 2024-cü ildə saat 09:00-dan 16:30-dak İnstitutun konfrans zalında (Hüseyn Cavid prospekti 125) təşkil ediləcək “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda birgünlük təlimin keçirilməsi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, təlimdə Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov üç mövzu üzrə məruzələrlə çıxış edəcək:

1. “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər”

2. “Uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri”

3. “Uşaqyönümlü hüquqi yardıma dair rəhbər prinsiplər. Təhqiqat və ibtidai istintaqda uşaqyönümlü müdafiə”.

Həmçinin, təlimin davamında Hüquq və İnsan Haqları İnstitutunun “Uşaq hüquqları və sosial mediya” mövzusunda təqdimatı nümayiş etdiriləcək.

Uşaqlara hüquqi yardım sahəsində müəyyən təcrübəsi olan və bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən vəkillər təlimdə iştirak üçün müraciət edə bilərlər:

https://forms.gle/n1n4zF1tV1vKsp7w7

Əlaqələndirici şəxs: Mələkxanım Rəhimova - Vəkillər Kollegiyasının Akademiyası (+994) 50 2667799

academy@barassociation.az

Oxşar xəbərlər