Vəkil məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumatı təkzib etdi - YENİLƏNİB


  • 14 Fevral 18:47

Vəkil Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib.

E-huquq.az xəbər verir ki, M.Şahquliyev bu barədə "Facebook" səhifəsində yazıb.

"Vətəndaşın şikayəti mənimlə bağlı deyil. Müqavilə əsasında 1 il müddətində müdafiə etdiyim şəxsin əməli məhkəmədə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən 177.2.4-cü maddəyə tövsif edilərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmin vətəndaşı 4 vəkil müdafiə etmişik. Verdiyimiz vəsatətlər məhkəmə tərəfindən qəbul edilmədiyi üçün və ibtidai istintaq müddətində işin əsaslı sübutları olmadığı üçün həmin işlə bağlı özəl ekspertiza rəyi üçün ödəniş alınıb. Həmin rəy məhkəməyə sübut kimi təqdim edilib. İşin uğurlu həlli üçün əhəmiyyət kəsb edən bütün müdafiə vasitələrindən istifadə edilib. Vətəndaşa vəd verilməyib və qarşılığında pul alınmayıb. Nəticə etibarilə 96 min manatlıq oğurluq işini müdafiə etmişik və nəticədə şəxs 6 min manatlıq oğurluqla təqsirli bilinib, azadlıqda qalıb. Məhkəmə qərarını da açıq aşkar paylaşmağa hazıram", - deyə o qeyd edib.

***

Vəkil Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edilib.

E-huquq.az xəbər verir ki, ittihamda Şahquliyevin dövlət hesabına müdafiə etdiyi müvəkkilindən qanunsuz olaraq pul aldığı deyilir.

İddia olunur ki, zərərçəkmiş şəxs ağır cinayətdə ittiham edilir. Gənc vəkil məhkəmədə onun işini yüngülləşdirəcəyinə söz verib.

M.Şahquliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalı görünmədiyi üçün istintaq dövrü müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İbtidai araşdırma davam edir.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər