Dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin məbləği açıqlandı


  • 21 Fevral 20:22

"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması məsələsi reallaşmaq üzrədir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov fevral ayının 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında keçirilən tədbirdə deyib.

"Bununla bağlı artıq müvafiq sənədlərin layihəsi hazırlanıb. Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq. Həmçinin, bildirmək istərdim ki, bu il dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımla bağlı ilk dəfə olaraq 5 milyon 500 min manat pul ayrılıb", - sədr vurğulayıb.

Oxşar xəbərlər