"Cinayət prosesinin iştirakçıları arasında qarşılıqlı əlaqə üçün vahid onlayn xidmət yaradılmalıdır" - Vəkillər Kollegiyasının sədri


  • 2 Aprel 11:33

"Cinayət prosesinin iştirakçıları arasında qarşılıqlı əlaqə üçün vahid onlayn xidmət yaradılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, xidmət üç blokdan ibarət olmalıdır: elektron cinayət işi, həmçinin sənəd, ərizə, şikayət, vəsatət vermək və cavab almaq imkanı.

"Elektron cinayət təqibinin tətbiqi prosesində elektron məhkəmə, elektron vəkillik və elektron istintaq sistemlərinin bir-birinə inteqrasiyası həm ümumilikdə cinayət təqibinin, həm də bu təqibdə müdafiə tərəfin işinin səmərəliliyinin artırılmasına böyük töhfə verə bilər. Bu, vəkil orderinin elektron qaydada cinayət təqibi orqanına təqdim edilməsi, istintaq hərəkətlərinin təyin edilməsi zamanı vəkilin vahid sistemdən görünən iş cədvəlinin də nəzərə alınması ilə bu hərəkətlərin vaxtında keçirilməsinin təmin olunması və sairəyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, yeni istifadəyə təqdim edilən "Vəkil Kabineti"ndə Vəkilin iş cədvəlini əks edən elektron təqvim artıq istifadəyə verilib. İnanırıq ki, bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya ediləcək və hakimlər də iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq", - deyə sədr bildirib.

Oxşar xəbərlər