Anar Bağırov: "Artıq hakimlər iş təyin edərkən vəkilin təqvimini nəzərə ala biləcək"


  • 3 Aprel 11:01

Artıq vəkilin iş cədvəlini əks edən elektron təqvim də "Vəkil Kabineti"ndə əks olunub.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.

"İstərdik ki, bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya edilsin. Hakimlər də iş təyin edərkən vəkilin təqvimini görə bilsinlər və nəzərə alsınlar. Eyni vaxta işləri təyin etməsinlər. Bu, bizim üçün çox vacib məsələdir", - deyə A.Bağırov bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər