Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü - FOTO


  • 10 Aprel 14:39

Aprelin 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalib İbrahim Məmmədzadə ilə növbəti dəfə görüş keçirib.

E-huquq.az xəbər verir ki, görüş zamanı İbrahim Məmmədzadənin 1 illik fərdi inkişaf planına nəzər salınıb, görülən işlər, onların cari vəziyyətinə dair geniş müzakirə aparılıb.

Eyni zamanda, görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirəcəyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli ola biləcək digər layihələr müzakirələr edilib və hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra, İbrahim Məmmədzadə ARVK Rəyasət Heyətinin iclasının bir hissəsində iştirak etmiş və ARVK-nın fəaliyyəti, müzakirə olunan məsələlər, qərarların qəbul olunması istiqamətində müəyyən təcrübələrə yiyələnib.

İbrahim Məmmədzadə isə üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha təşəkkürünü bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyası tərəfindən keçirilən konfranslara və digər layihələrə də İbrahim Məmmədzadə cəlb olunaraq, aktiv iştirakına şərait yaradılmaqdadır.

Oxşar xəbərlər