Anar Bağırov: "Qarabağda vəkil bürosunun açılması barədə danışıqlar aparırıq"


  • 26 May 11:44

"İşğaldan azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması qarşıda duran əsəs məsələlərdən biridir".

Bunu e-huquq.az-a açıqlamasında Vəkilıər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Qarabağda müasir vəkil bürosunun açılması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən müraciət olunub.

"Aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılır. Ümid edirəm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq", deyə A.Bağırov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər