"Tələb olunan 3 il staj müddəti gənc hüquqşünasları vəkillik peşəsindən uzaqlaşdırır"


  • 26 May 12:55

"Vəkilliyə qəbul üçün tələb olunan iş stajı 3 ildən 1 ilə endirilməlidir".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib.

Onun sözlərinə görə, staj tələbinin çox olması vəkil olmaq istəyən gənc hüquqşünaslara əngəl törədir.

"Hüquqşünas məzunlar arasında vəkil olmaq istəyənlərin sayı çoxdur. Elə bugünkü imtahanda rekord sayda - 600 nəfərə yaxın namizəd iştirak edir. Hesab edirəm ki, bu, vəkilliyə olan böyük marağın göstəricidir. Lakin 3 il staj tələbi vəkil olmaq istəyən gəncləri bu peşədən müəyyən qədər uzaqlaşdırır. Ona görə də yaxşı olardı ki, tələb olunan staj 1 il olsun", - deyə komissiya sədri bildirib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər