- 22 Oktyabr 12:33
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə iyunun 25-də Penitensiar Xidmətin Bakı şəhəri ərazisində yerləşən 2, 9, 17 saylı cəzaçəkmə müəssisələrində və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində pulsuz hüquqi yardım aksiyası təşkil ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib.
Aksiyada iştirak etmək istəyən vəkillər iyunun 24-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər.
https://docs.google.com/.../1FAIpQLSdvwE.../viewform
Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva (Tel: 012 594 99 85, 050 340 09 81).